AZ

Fazil Mustafa da qərarını açıqladı - Bu dairədən namizəd olacaq

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olacağı dairəni elan edib.
 
Moderator.az xəbər verir ki, o, bununla bağlı qərarını sosial şəbəkədəki şəxsi hesabında açıqlayıb.
 
“26 saylı I Sabunçu seçki dairəsindən VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd kimi topladığımız imza vərəqlərini digər zəruri sənədlərlə birgə dairə seçki komissiyasına təhvil verdim. Məmləkətimizə, dövlətimizə, partiyamıza və vətəndaşlarımıza xidmətin yeni mərhələsinə qədəm qoyuruq. Bakıxanov qəsəbəsi seçicilərinə imza toplama mərhələsində göstərdikləri həssaslıq və dəstəyə görə minnətdaram. Xeyirli olsun!” - F.Mustafa bildirib.
 
Qeyd edək ki, partiya sədri ötən çağırışda da eyni dairədən deputat seçilmişdi.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
19
moderator.az

10Mənbələr