AZ

Bəhruz Məhərrəmov seçki dairəsini açıqladı, Rüfət Quliyev isə...

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq partiyalar və ayrı-ayrı şəxslər seçkilərdə iştirakları ilə bağlı məlumat veriblər.

 

Bitərəf deputatlardan Bəhruz Məhərrəmov yenidən namizədliyini irəli sürüb. O, Modern.az-a açıqlamasında bildirib ki,o, VII çağırış parlament seçkilərində iştirak edəcək. Deputat iştirak edəcəyi seçki dairəsini də açıqlayıb: "Bəli, seçkilərdə iştirak edəcəm. 7-ci çağırış Milli Məclisin Deputatlığına namizədliyimin irəli sürülməsinin təsdiqlənməsi üçün müvafiq sənədləri artıq 69 saylı Biləsuvar seçki dairəsinə təqdim etmişik".

 

Qeyd edək ki, 69 saylı Biləsuvar seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi  Elməddin Əliyevdir.

 

VI çağırış Milli Məclisin digər bitərəf deputatı Rüfət Quliyev isə hələlik namizəd olmaq barədə fikrinin olmadığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
5
modern.az

10Mənbələr