EN

Orbanın Moskvaya səfəri Macarıstanla Almaniya arasında mübahisə yaradıb - "Bloomberg"

Baş nazir Viktor Orbanın Moskvaya səfəri və Vladimir Putinlə görüşü ilə bağlı Almaniya və Macarıstan arasında mübahisə yaranıb. Bizimyol.info xəbər verir ki, "Bloomberg"in verdiyi məlumata görə, Almaniya kansleri Olaf Şolz Orbanı Moskvaya səfərinə görə tənqid etdikdən sonra Macarıstan Almaniyanın xarici işlər naziri Annalena Berbokun planlaşdırılan səfərini qəfil ləğv edib. "Almaniya xarici işlər naziri Annalena Berbock bazar ertəsi Budapeştdə macar həmkarı ilə görüşməli idi. Berlindəki bir rəsminin verdiyi məlumata görə, Macarıstan rəhbərliyi Almaniya hökumətini təəccübləndirərək, cümə günü axşam görüşü ləğv edib", - deyə nəşr yazıb. Cümə günü səhər saatlarında Şolz jurnalistlərə Orbanın səyahət planları barədə əvvəlcədən xəbərdar etmədiyini söyləyib: “Avropa Şurasını xarici siyasət nöqteyi-nəzərindən Macarıstan yox, Şarl Mişel təmsil edir”, - deyə Şolz Avropa Şurasının prezidentinə istinadən bildirib. Mənbələrdən biri bildirib ki, Mişel Orbanın səfərindən əvvəl Macarıstanın baş nazirinin səfərini təsdiqləmək üçün Macarıstan rəsmiləri ilə əlaqə saxlaya bilmədikdən sonra Brüssel adından danışmadığını aydınlaşdırmaq üçün ictimaiyyətə xəbərdarlıq edib. Cümə günü, iyulun 5-də Macarıstanın baş naziri Viktor Orban Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya gedib. Eyni zamanda, Avropa İttifaqı bəyan edib ki, Orban Moskvaya eksklüziv olaraq Macarıstan və Rusiya arasında ikitərəfli münasibətlər çərçivəsində səfər edir və bu səfər zamanı Avropa İttifaqını təmsil etmir. Eyni zamanda Avropa Orbanın səfərinə sərt reaksiya verib. Qadir, Bizimyol.info

Chosen
98
47
bizimyol.info

10Sources