EN

"Great Motors" məhkəmə qarşısında

Dövlət Gömrük Komitəsi (DGK) "Great Motors" Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində inzibati iş başladıb.

Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb. 

İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. 

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Hüseyn

Chosen
120
7
valyuta.az

10Sources