AZ

DGK bu şirkətə protokol yazdı

Dövlət Gömrük Komitəsi (DGK) "V-Mann Construction" MMC barəsində inzibati iş başlayıb. 

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir.
 
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Hüseyn

Seçilən
45
7
valyuta.az

10Mənbələr