AZ

"İntermak Group" cərimələnə bilər

Dövlət Gömrük Komitəsi (DGK) "İntermak Group" şirkəti barəsində inzibati protokol tərtib edib. 

Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb. 

İşə Xətai Rayon Məhkəməsində baxılacaq. 

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Hüseyn

Seçilən
9
13
valyuta.az

10Mənbələr