"Yüksəliş" müsabiqəsinin 2024-cu ildə qalib olacaq iştirakçıları üçün Qarabağla bağlı proqramlar hazırlanır.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib.
O qeyd edib ki, yarımfinalçılar Qarabağla bağlı layihələr təklif edirlər:
"Onlar bu məsələdə çox aktivdirlər. Dəfələrlə Qarabağa səfərlər olunub. İştirakçılar həmin ərazilərdə görülən işlərlə, həyata keçirilən layihələrlə tanış olublar. Onlar layihələrin müzakirəsində aktiv iştirak edirlər".