AZ

"Yüksəliş" müsabiqəsinin qalibləri üçün Qarabağla bağlı proqramlar hazırlanır

"Yüksəliş" müsabiqəsinin 2024-cu ildə qalib olacaq iştirakçıları üçün Qarabağla bağlı proqramlar hazırlanır.

BAKU.WS xəbər verir ki, bunu  report-a açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib.

O qeyd edib ki, yarımfinalçılar Qarabağla bağlı layihələr təklif edirlər:

"Onlar bu məsələdə çox aktivdirlər. Dəfələrlə Qarabağa səfərlər olunub. İştirakçılar həmin ərazilərdə görülən işlərlə, həyata keçirilən layihələrlə tanış olublar. Onlar layihələrin müzakirəsində aktiv iştirak edirlər".

Seçilən
117
baku.ws

1Mənbələr