EN

Onu dağıntılar altından çıxaranla ailə qurdu - Fotolar

Türkiyədə Sinem Kaynak adlı gənc qadın ötən ilin fevralında baş verən güclü zəlzələ zamanı onu dağıntılar altından xilas edən yanğınsöndürənlə ailə həyatı qurub.

“Qafqazinfo” “NTV” portalına istinadən xəbər verir ki, Sinem Kaynakla Cebrail Sarsılmazın toyu Ankarada baş tutub.

“Fərqli və izahedilməz bir duyğudur. Faciəvi bir hadisədən sonra belə xoşbəxt sona qovuşduq”, - deyə C.Sarsılmaz hisslərini ifadə edib. 

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş da cütlüyü təbrik edib. 

Xatırladaq ki, 2023-cü il fevralın 6-da baş verən 7,7 və 7,6 ballıq güclü zəlzələlər nəticəsində Türkiyədə 53 mindən çox insan həlak olub.



Chosen
114
4
qafqazinfo.az

4Sources