AZ

Onu dağıntılar altından çıxaranla ailə qurdu - FOTO

Türkiyədə Sinem Kaynak adlı gənc qadın ötən ilin fevralında baş verən güclü zəlzələ zamanı onu dağıntılar altından xilas edən yanğınsöndürənlə ailə həyatı qurub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Sinem Kaynakla Cebrail Sarsılmazın toyu Ankarada baş tutub. “Fərqli və izahedilməz bir duyğudur. Faciəvi bir hadisədən sonra belə xoşbəxt sona qovuşduq”, - deyə C.Sarsılmaz hisslərini ifadə edib.  Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş da cütlüyü təbrik edib. 

Xatırladaq ki, 2023-cü il fevralın 6-da baş verən 7,7 və 7,6 ballıq güclü zəlzələlər nəticəsində Türkiyədə 53 mindən çox insan həlak olub.

Seçilən
77
4
manset.az

4Mənbələr