Türkiyədə Sinem Kaynak adlı gənc qadın ötən ilin fevralında baş verən güclü zəlzələ zamanı onu dağıntılar altından xilas edən yanğınsöndürənlə ailə həyatı qurub.
News24.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, Sinem Kaynakla Cebrail Sarsılmazın toyu Ankarada baş tutub.
“Fərqli və izahedilməz bir duyğudur. Faciəvi bir hadisədən sonra belə xoşbəxt sona qovuşduq”, - deyə C.Sarsılmaz hisslərini ifadə edib.
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş da cütlüyü təbrik edib.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da baş verən 7,7 və 7,6 ballıq güclü zəlzələlər nəticəsində Türkiyədə 53 mindən çox insan həlak olub.