EN

Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü ola bilər - Tokayev

Bəlkə də bir müddət sonra Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev iyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilə görüşü zamanı bildirib. “Sizi qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında görməkdən məmnunam. Bəlkə də bir müddət sonra Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olacaq. Hər halda, Qazaxıstan buna etiraz etmir, əksinə, Sizin tərəfinizdən müvafiq istək varsa, onu dəstəkləyir”, - Tokayev qeyd edib.

Qazaxıstan Prezidenti vurğulayıb ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyünü dəstəkləməyə hazırdır.

Chosen
73
10
buta.tv

10Sources