AZ

Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü –TAM MƏTN

İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü keçirilib.

Görüşdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dedi:

– Hörmətli İlham Heydər oğlu.

Sizi Astanada səmimi-qəlbdən salamlayıram. Sizi görməyimə şadam. Bakıya, Şuşaya səfərimi daim xatırlayıram. Həqiqətən bu, dönüş yaradan, mühüm, mübaliğəsiz demək olar ki, həm də öz əhəmiyyətinə görə tarixi səfər idi. Danışıqlar əsnasında qarşılıqlı fəaliyyətimizin, hətta deyərdim ki, bir sıra strateji sahələrdə əməkdaşlığın və qarşılıqlı fəaliyyətin gələcək inkişafına böyük impuls verdik. Mübaliğəsiz deyə bilərik ki, əməkdaşlığımız, qarşılıqlı fəaliyyətimiz strateji əhəmiyyət daşıyır.

Sizi qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında görməkdən məmnunam. Bəlkə də bir müddət sonra Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olacaq. Hər halda, Qazaxıstan buna etiraz etmir, əksinə, Sizin tərəfinizdən müvafiq istək varsa, onu dəstəkləyir.

Seçilən
77
1
azpost.info

10Mənbələr