EN

Rusiya bu silahların istehsalını ARTIRACAQ - ADLAR

2024-cü ildə Rusiya hərbi sənaye kompleksi ordunu təxminən 1500 tank və 3000 digər zirehli texnika ilə təchiz etməyi planlaşdırır.

 

Sfera.az xəbər verir ki, bu barədə Britaniya analitik institutu RUSI (Royal United Services Institute) öz hesabatında məlumat yayıb. RUSI bildirir ki, 2025-ci ildə də istehsal sayı dəyişməyəcək.

 

Rusiya bununla da əvvəlki illərlə müqayisədə daha çox tank və zirehli texnika istehsal etmiş olacaq. Təchiz ediləcək texnikanın hamısı yeni istehsal edilən vasitələrdən ibarət olmayacaq. Texnikanın 85 faizini əsaslı təmir hesabına bərpa edilən və modernləşdirilən tank və ağır texnika təşkil edəcək. Bununla belə, yeni nümunələrin sayı da artacaq.

 

RUSİ buna nümunə kimi BMP-3 piyada döyüş maşını istehsalını göstərib:

 

“Əgər ötən ilin birinci rübündə “Kurqanmaşzavod” 100 ədəd BMP-3 piyada döyüş maşını istehsal edirdisə, ikincisində bu rəqəm 108-ə yüksəldi”.

 

Ekspertlər həmçinin bildiriblər ki, ruslar bu il 1,3 milyon ədəd 152 mm-lik mərmi istehsal etməyə ümid edirlər.

 

Vasif

Chosen
70
50
sfera.az

10Sources