AZ

Rusiya Norveçi də hədələyir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Norveçin Rusiya balıqçı gəmilərinin ölkənin şimalındakı üç limana daxil olması rejimini sərtləşdirməsini “cavabsız qoymayacaq” deyib.

 

Oxu24.com xəbər verir  ki, "Norveçin növbəti qeyri-dost addımını cavabsız qoymayacağıq, biz Rusiya balıqçılıq sənayesinin maraqlarını təmin etmək üçün müvafiq tədbirlər görmək niyyətindəyik", - bəyanatda deyilir.

 

Zaxarova deyib ki, “yeni məhdudiyyətlər iki ölkə arasında əməkdaşlığa zərər verir”. O, əlavə etdi ki, "Oslonun addımları Norveç üçün əsas maraq kəsb edən balıq ehtiyatlarının qorunmasına zərər verir".

 

Onun sözlərinə görə, "Rusiya balıqçılıq donanmasına daha çox təzyiq Norveç əhalisi üçün mənfi nəticələrə səbəb olacaq."

 

İyulun 5-də Norveç hakimiyyəti Rusiya balıqçı gəmilərinin ölkənin şimalındakı üç limana - anti-Rusiya sanksiyaları fonunda açıq qalan Tromso, Botsfjord və Kirkenes limanlarına giriş rejiminin sərtləşdirildiyini elan edib.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
oxu24.com

10Mənbələr