AZ

Rusiya Ukraynanı Kiyev SES-də "terror aktına" hazırlıqda riyakarcasına  ittiham edib

 
"Rusiya rejimi özü öz hərbi cinayətlərinin öhdəsindən əla gəlir..."
 
"Bu bəyanatlar Ukrayna cəmiyyətini qorxutmaq və beynəlxalq birliyi çaşdırmaq cəhdidir..."
 
Rusiyalılar Ukraynanı "Kiyev və Kanev su anbarının bəndlərini dağıtmağa hazırlıqda" riyakarcasına ittiham edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri Ukrayna XİN-in bəyanatına istinadən məlumat yayıb.
 
Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, guya, "Ukrayna prezidenti Vladimir Zelenski rejimi öz əhalisinə qarşı növbəti riyakar təxribata hazırlaşır". 
 
Onun sözlərinə görə, Ukrayna Kiyev SES-in bəndini dağıtmağı və buna görə Moskvanı ittiham etməyi planlaşdırır.
 
Ukrayna XİN bu bəyanata münasibət bildirib.
 
"Ukrayna XİN Rusiyanın Ukrayna hakimiyyətinin, guya, Kiyev SES , Kanev su anbarı bəndlərinin və ya hər hansı infrastrukturunun dağıdılması və günahı Rusiyanın üzərinə qoyulmasına hazırlıq gördüyü barədə cəfəng ittihamlarını qətiyyətlə rədd edir", - XİN bəyanatında deyilir.
 
XİN əmin edir ki, Ukrayna üçün özünün infrastrukturunu dağıtmağa və ya öz insanları üçün təhlükələr yaratmağa heç bir gerçək məqsədlər və səbəblər ola bilməz.
 
"Günahı Rusiyanın üzərinə qoymağa" gəldikdə, Nazirlik xatırladıb ki, Rusiya rejiminin özü öz hərbi cinayətlərinin öhdəsindən əla gəlir.
 
"Rusiya raketi ilə Ukraynanın "Öxmatdet" uşaq xəstəxanasında uşaqlara vəhşicəsinə zərbəsi öz-özlüyündə hər şeyi sübut edir", - XİN əlavə edib.
 
Nazirlik əmin edib ki, Moskva tərəfindən Kiyev SES, Kanev su anbarı və ya digər infrastruktura qarşı hər-hansı cinayət niyyətlərinin gerçəkləşəcəyi təqdirdə belə hərəkətlərə görə məsuliyyəti istisnasız olaraq təcavüzkar dövlət olan Rusiya daşıyacaq.
 
XİN izah edib ki, Moskvanın belə bəyanatlarının əsl məqsədi Ukrayna cəmiyyətini qorxutmaq və beynəlxalq birliyi və medianı çaşdırmaq cəhdidir..."
 
Rusiya artıq dəfələrlə öz strategiyasını nümayiş etdirib, bu da özünün törətdiyi və ya planlaşdırdığında başqalarını ittiham etməkdən ibarətdir.
 
"Dnepr bəndləri mövzusunda Rusiyanın növbəti fanraziyaları beynəlxalq birlik üçün Rusiyanın hərəkətərini daha diqqətlə izləmək üçün səbəbdir", - Nazirlik əlavə edib.
 
Xatırladaq ki, ötən il Rusiya Kaxovka SES-i dağıtmaqla Avropada son onilliklər ərzində ən böyük texnogen cinayət törədib.
 
"Maraqlıdır ki, ekosidə və humanitar fəlakətə səbəb olan bu vəhşicəsinə əməl fəal dezinformasiya kampaniyası ilə müşayiət edilib. Moskva o zaman da bu cinayətdə gerçək faktlara zidd olaraq Kiyevi ittiham edib", - XİN bəyanatında deyilir.
 
Nazirlik xatırladıb ki, o zaman bir çox nəşrlər kortəbii olaraq Rusiya təbliğatına uyub, xəbərləri Ukrayna və Rusiyanın, guya, bir-birini ittiham etməsi barədə başlıqlarla yayıb.
 
"Biz beynəlxalq medianı Rusiya yazarlarından əvvəlki yalanları barədə əlavə informasiya olmadan iqtibas gətirməməyə və Ukrayna ilə Rusiyanın bəyanatları arasında bərabərlik işarəsi qoymamağa çağırış edirik.
 
Peşəkar rusiyalı yalançılardan iqtibas gətirməyə peşəkar yanaşma, sadəcə, onların sözlərinin ifadə edilməsində deyil, konteksti təqdim etməkdədir", - XİN vurğulayıb.
 
Xatırladaq ki, Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası qeyd edib ki, ötən il Kaxovka SES-in bəndi Rusiya diktatoru Vladimir Putinin göstərişi ilə partladılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
50
moderator.az

10Mənbələr