EN

Azərbaycanda pivə istehsalı 4% artıb

2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 1 809,8 min dkl pivə istehsal edilib.

FED.az bu barədə  Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir

Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 65,4 min dkl və ya 3,7% artıb.

Ötən ilin yanvar-may aylarında 1 744,4 min dkl pivə istehsal edilmişdi.

 2024-cü ilin iyun ayının 1-nə hazır məhsul istehsalı 252,8 min dkl təşkil edib.

Hazır məhsul ehtiyatı 73,5 min dkl, yəni 22,5% azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 326,3 min dkl olub. 

Chosen
15
2
fed.az

6Sources