AZ

Azərbaycanda pivə istehsalı 16% artıb

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 1 375,2 min dkl pivə istehsal edilib.

FED.az bu barədə  Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir

Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 182,3 min dkl və ya 16% artıb.

Ötən ilin yanvar-aprel aylarında 1 175,2 min dkl pivə istehsal edilmişdi.

 2024-cü ilin may ayının 1-nə hazır məhsul istehsalı 274,7 min dkl təşkil edib.

Hazır məhsul ehtiyatı 35,6 min dkl, yəni 15% artıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 239,1 min dkl olub. 

Seçilən
13
2
fed.az

6Mənbələr