AZ

Azərbaycanda şərab istehsalı 10% azalıb

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 216,8 min dkl üzüm şərabı istehsal edilib.

FED.az bu barədə  Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir

Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 23,2 min dkl və ya 10% azalıb.

Ötən ilin yanvar-mart aylarında 240 min dkl üzüm şərabı istehsal edilmişdi.

 2024-cü ilin aprel ayının 1-nə hazır məhsul ehtiyatı 808,1 min dkl olub.

Hazır məhsul ehtiyatı 88,9 min dkl və ya 10% azalıb.

2023-cü ilin aprel ayının 1-nə hazır məhsul ehtiyatı 897 min dkl təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
2
fed.az

4Mənbələr