EN

Eyni adamla yenidən işləmək istəməyən şirkətlər - Nə dərəcədə düzgün yanaşmadır?

Bəzi şirkətlər var ki, işdən çıxan işçini yenidən işə götürmürlər. Bəzi şirkətlər işçi ilə problemlə ayrıldığına görə, bəziləri isə problemlə ayrılmasa belə, əvvəlki işçi ilə yenidən işləməkdən imtina edirlər. Bəs bu, nə dərəcədə düzgün yanaşmadır? 

Valyuta.az-a danışan "SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov deyir ki, bəzi hallarda şirkətlərin işdən çıxan işçini yenidən işə götürməməsi normal ola bilər:

“O halda ki, işçi onların dəyərlərinə uyğun olmasın. Amma işdən çıxmış işçinin yenidən işə götürülməsi normal hesab olunmalıdır. İşçinin işdən çıxmasına dünyanın axırı kimi və o insanın şirkətə pislik etməsi kimi baxmaq lazım deyil. Yəni, həmin vaxt üçün şərtlər onu tələb edə bilər. Bir müddətdən sonra qarşılıqlı maraqlar üst-üstə düşərsə, həmin şəxs ilə yenidən işləyə bilərlər. Şirkətlər də buna emosional və eqo ilə yanaşmamalıdır. Bu vəziyyətə işçinin şirkəti atıb getməsi, yarıda qoyması kimi yanaşmaq doğru deyil. Burada maraqlar uzlaşmalıdır. Əgər maraqlar uzlaşmırsa, məcburi şəkildə işçinin şirkətdə işləməsi düzgün olmaz”. 

A.Bayramovun sözlərinə görə, bəzən işçi şirkətdən çıxıb başqa yerə gedir. Amma əvvəlki iş yerində şərtlərin daha yaxşı olduğunu görür. Bu zaman geri qayıdan işçi həmin şirkətin dəyərini daha yaxşı anlamış olur.

Əvəz Həsənov

Chosen
165
29
valyuta.az

10Sources