EN

MSK sədri: "Müşahidəçilər üçün dəvətlər hazırlanır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Prezident seçkisində on mindən çox müşahidəçi və beynəlxalq nümayəndə olub. Bu dəfə də həmin dəvətlər hazırlanır".
Oxu.Az xəbər verir ki, bunun Mərkəzi Seçki Komitəsinin sədri Məzahir Pənahov deyib.
O bildirib ki, MSK müşahidəçilərlə bağlı göstəricilərin əvvəlki illərdən az olmamasına çalışacaq.
"Veb-kameralarla bağlı işlərə artıq başlanılmalıdır. Bəzən xətlərdə sıradançıxma halları ola bilər, bunu müəyyən edib qarşısını almaq üçün öncədən baxılmalıdır. Seçki prosesi səhər saat 07:00-dan sona qədər yayımlanmalı və diqqətdə saxlanılmalıdır", - deyə M.Pənahov qeyd edib.
Könül Cəfərli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
50
oxu.az

10Sources