AZ

Fərid Şahbazlı: "Azərbaycanla əməkdaşlıq ŞƏT üçün xüsusi əhəmiyyət kəsb edir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanın Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşünə ikinci dəfə dəvət olunması dövlətimizin, Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemindəki mühüm rolunu, dünya liderləri arasındakı böyük nüfuzunu növbəti dəfə təsdiq etdi. Dünyanın ən nüfuzlu və mötəbər qurumlarından olan ŞƏT-in ölkəmizə göstərdiyi maraq sübut edir ki, Azərbaycanla əməkdaşlıq bu qurum üçün xüsusi əhəmiyyət kəsb edir".
Bu sözləri Oxu.Az-a "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, Azərbaycanın artan siyasi və iqtisadi qüdrəti, strateji coğrafi mövqeyi, icra etdiyi böyük layihələr ölkəmizi dünyanın cazibə mərkəzinə çevirib: "Ölkəmizin sahib olduğu tranzit və nəqliyyat-logistika imkanları, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhlizin yaradılmasına verdiyi ciddi dəstək ŞƏT-ə üzv dövlətlərin diqqətini cəlb edir və onlar Azərbaycanla əməkdaşlığa maraq göstərirlər. Təsadüfi deyil ki, təşkilatın təsisçilərindən olan Qazaxıstan prezidenti Azərbaycanın gələcəkdə bu mötəbər quruma tamhüquqlu üzv ola biləcəyinin anonsunu verdi".
F.Şahbazlı qeyd edib ki, Azərbaycanın bu mötəbər sammitdə iştirakı Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərini və regiondakı reallıqları növbəti dəfə dünya birliyinin diqqətinə çatdırması baxımından da çox önəmlidir: "Şanxay Əməkdaşlıq Təşkilatının sammitləri bu baxımdan bizim üçün mühüm tribunadır. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıqla bağlı memorandum imzalanıb. Memorandumda terrorizm, ekstremizm və separatizm ilə mübarizə kimi mühüm istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub. Bu istiqamətlər Azərbaycan üçün də çox vacibdir və Cənab Prezident bu sammitin yaratdığı imkanlardan istifadə edərək dünya birliyinə lazımi mesajları verir. Sammit çərçivəsində Prezident İlham Əliyevin dünya liderləri ilə keçirdiyi görüşlər, qəbul olunan qərarlar ölkəmizin dünya siyasətindəki rolunu və gücünü daha da möhkəmləndirməyə xidmət edir".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
50
oxu.az

10Mənbələr