AZ

Bayquş dilemması: ABŞ bir növü xilas etmək üçün digərini qurban verməyə hazırlaşır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ 30 il ərzində 450 min bayquşun əlvan yapalaqca növünün məhv edilməsinə hazırlaşır.
Plan ABŞ-nin Balıqçılıq və Vəhşi Təbiətin Mühafizəsi Xidməti tərəfindən hazırlanıb.
Qurum qəddar addımı bu quşların qohumları olan xallı bayquş növünün nəslinin kəsilməsinin qarşısını almaq istəyi ilə əlaqələndirib. Məsələ burasındadır ki, əlvan yapalaqca çox sürətlə çoxalır və digər bayquş növlərini ərazidən sıxışdırıb çıxarır.
"Biz sözügedən bayquşlarla mübarizə aparmalıyıq. Xallı bayquşları qorumaq üçün hələ vaxt var, amma bu pəncərə bağlanır", - deyə qurumdan əlavə edilib.
Plan heyvan hüquqları müdafiəçiləri və yüksəkvəzifəli məmurların etirazına səbəb olub.
Mənbə: RBK
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
50
oxu.az

10Mənbələr