Niderland Ukraynaya 24 ədəd "F-16" qırıcısı ixrac edəcək.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Kaysa Ollonqren bildirib.
İxracla bağlı qərar iyunun 19-da verilib.
Bununla yanaşı, Ukraynaya yeddi "F-16" təyyarə mühərriki ixrac ediləcək.
Qeyd edək ki, ukraynalı pilotlar ötən ildən bir neçə ölkədə F-16-ları idarə etmək üçün təlimləri davam etdirirlər. Ukrayna bu yay ilk qırıcıları qəbul etməlidir.