AZ

Rusiya və Çin hərbi gəmiləri Yaponiyanın cənub-qərbindən keçib

Rusiya və Çin donanmasının gəmilərinin Yaponiyanın cənub-qərbindəki Osumi boğazından keçdiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, müvafiq olaraq, iki Rusiya və iki Çin donanmasının gəmisi Kaqoşima prefekturasının cənub-qərbindəki Kusaqaki adasının 40 kilometr şərqinə yaxınlaşıb. Osumi boğazından keçən hərbi gəmilər Sakit okeana doğru istiqamət alıb. Dövlət televiziyası NHK, Rusiya və Çin donanmasının gəmilərinin sözügedən bölgədən birlikdə keçməsinin artıq üçüncü olduğunu bildirib.
Məlumdur ki, rayon ərazisindən keçən birgə keçidlərdən birincisi 2021-ci ilin oktyabrında, ikincisi isə 2022-ci ilin sentyabrında baş tutub.

Məlumat verilib ki, Müdafiə Nazirliyinin ünsürləri bölgədəki xarici qüvvələrin fəaliyyətini diqqətlə izləyir. Milli mətbuatda Rusiya və Çinə məxsus gəmilərin birgə patrul xidməti həyata keçirmək üçün bölgədə üzəcəyi bildirilib. Osumi boğazı Qərbi Sakit okean regionunda iki böyük dənizi birləşdirən dar su yolu kimi tanınır. Beynəlxalq su sayılan Bosfor boğazından dəniz keçidləri Çin və Rusiyanın bölgədə hökmranlıq axtarışı kimi xarakterizə edilir.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
42
sia.az

10Mənbələr