EN

Belarusun traktor zavodu dondurma satır

Minsk Traktor Zavodu (MTZ) Mogilyov dondurma fabriki ilə əməkdaşlıq edərək Belarus traktoru brendi ilə markalanmış dondurmaların satışına başlayıb.

Bu barədə MTZ-nin "Telegram" kanalında məlumat verilib.

"Belarus Tractors" markalı dondurma traktor zavodunun iaşə müəssisəsi tərəfindən satılır.

Məhsulun tərkibinə su, qaymaq, süd tozu və bir sıra digər maddələr daxildir. Dondurmanın üzərində ən müasir Belarus traktor modellərindən biri təsvir edilib.

Chosen
135
48
seher.media

10Sources