AZ

Təbrizin "Traktor" klubu Mahir Emrelini transfer etmək istəyir

Təbrizin "Traktor" klubu Azərbaycan millisinin hücumçusu Mahir Emrelini heyətinə cəlb etmək istəyir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İranın "Total Futball" nəşrinə istinadən xəbər verir ki, artıq bu məqsədlə klubun rəhbərliyi 27 yaşlı azərbaycanlı futbolçu ilə danışıqlar da aparıb.

Lakin danışıqların yekunu barədə hər hansı məlumat verilmir.

Qeyd edək ki, Xorvatiya çempionu "Dinamo"da çıxış edən Mahir Emrelinin Almaniya təmsilçisi "Nürnberq"ə keçəcəyi gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
48
milli.az

10Mənbələr