Hamzat Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının yeni rəhbəri təyin edilib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov "Telegram" kanalında yazıb.
O qeyd edib ki, qohumu rəhbər vəzifələrdə böyük təcrübəyə malikdir və üzərinə düşən vəzifənin öhdəsindən gələcək.
27 yaşlı Hamzat Kadırovun dini və dünyəvi təhsili var: o, hafizlər məktəbini və Çeçenistan Dövlət Universitetinin dövlət idarəçiliyi fakültəsini fərqlənmə diplomu ilə bitirib.