AZ

Kadırov qardaşı oğlunu Çeçenistan Təhlükəsizlik Şurasına katib təyin etdi


Əvvəllər Çeçenistan rəhbərinin müşaviri-köməkçisi vəzifəsini tutan Həmzət Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının yeni rəhbəri təyin edilib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə regionun rəhbəri Ramzan Kadırov “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, Həmzət Kadırov rəhbər vəzifələrdə böyük təcrübəyə malikdir və üzərinə düşən vəzifələrin öhdəsindən gələcək.
27 yaşlı Həmzət Kadırovun həm dini, həm də dünyəvi təhsili var. O, Tsentaroyevski adına Hafizlər Məktəbini və Çeçenistan Dövlət Universitetinin dövlət idarəçiliyi fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Bu illər ərzində o, regionda rəhbər vəzifələrdə, o cümlədən Kurçaloyevski bələdiyyə administrasiyasının rəhbəri, Çeçenistanın bədən tərbiyəsi və idman naziri, respublika rəhbərinin katibliyinin rəhbəri və baş nazirin müavini vəzifələrini tutub.
Seçilən
78
12
yeniavaz.com

10Mənbələr