“Bu səbəblərdən də Qərbin bizdən tələb elədiyi demokratik prinsiplərə arxalanıb seçki keçirməliyik...”-Analitik
“Avropa Birliyi və ABŞ-ın bizim parlamentə münasibəti keçmiş seçkilərdə buraxdığımız səhvlərilə bağlıdır...”
“Siyasi şərhçilərin çoxu bu günə qədər parlamentin tez buraxılması ilə bağlı çox məqamları açıqlamırlar və hansı zərurətdən irəli gəldiyini qeyd etmirlər. Avropa Birliyi və ABŞ-ın bizim parlamentə münasibəti keçmiş seçkilərdə buraxdığımız səhvlərilə bağlıdır. Bu ölkələrin Azərbaycana qarşı sanksiyalarının və başqa təzyiqlərin qarşısını almaq üçün Azərbaycan Qazaxıstan kimi daha dəqiq demokratik seçkilərə getməlidir, yəni parlament seçkilərini Qərbin bizdən tələb elədiyi demokratik prinsiplərə arxalanıb keçirməliyik”.
Bu fikirləri Moderator.az-a açıqlamasında “Növbəti növbədənkənar parlament seçkilərindən nə gözləyirsiz?” sualını cavablandırarkən ifadə edib.
“Nəzərə alaq ki, Avropa Birliyi və ABŞ Azərbaycanın qarşısında həm də Ermənistanla noyabr ayına qədər sülh müqaviləsinin bağlanması tələbini də qoymuşlar. Erməni revanşistləri Azərbaycanda demokratiya yoxdur deyə, sülh müqaviləsindən qaçmaq istəyirlər, üstəlik, bütün Qərb ölkələrini Azərbaycana qarşı qoyurlar. Bizə elə gəlir ki, parlamentin buraxılması bununla bağlıdır. Azərbaycan Prezidenti üçün yeni növbədənkənar seçkilərin Azərbaycanı gözləyən böyük dünya əhəmiyyətli tədbir olan “COP-29” ərəfəsində keçirilməsinin məqsədi hər şeydən əvvəl bütün dünyaya Azərbaycanda seçkilərin demokratik prinsiplər əsasında keçiriləcəyini göstərmək və ermənilərin ağzını yummaqdır. Odur ki, növbəti parlament seçkilərindən çox şey gözləmək olar. Hər şeydən əvvəl demokratik prinsiplərə riayət etməklə keçirilməsini… ”, - deyə davamında analitik vurğulayıb.
Sultan Laçın