AZ

“Bu səbəblərdən də parlament seçkilərini Qərbin tələb etdiyi demokratik prinsiplərə arxalanıb keçirməliyik...”-Analitik

“Bu səbəblərdən də Qərbin bizdən tələb elədiyi demokratik prinsiplərə arxalanıb seçki keçirməliyik...”-Analitik
 
“Avropa Birliyi və ABŞ-ın bizim parlamentə münasibəti keçmiş seçkilərdə buraxdığımız  səhvlərilə bağlıdır...”
 
“Siyasi şərhçilərin çoxu bu günə qədər parlamentin tez buraxılması ilə bağlı çox məqamları açıqlamırlar və hansı zərurətdən irəli gəldiyini qeyd etmirlər. Avropa Birliyi və ABŞ-ın bizim parlamentə münasibəti keçmiş seçkilərdə buraxdığımız  səhvlərilə bağlıdır. Bu ölkələrin Azərbaycana qarşı sanksiyalarının və başqa təzyiqlərin qarşısını almaq üçün Azərbaycan Qazaxıstan kimi daha  dəqiq demokratik seçkilərə getməlidir, yəni parlament seçkilərini Qərbin bizdən tələb elədiyi demokratik prinsiplərə arxalanıb keçirməliyik”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Növbəti növbədənkənar parlament seçkilərindən nə gözləyirsiz?” sualını cavablandırarkən ifadə edib.
 
“Nəzərə alaq ki, Avropa Birliyi və ABŞ Azərbaycanın qarşısında həm də  Ermənistanla noyabr ayına qədər  sülh müqaviləsinin bağlanması tələbini də qoymuşlar. Erməni revanşistləri Azərbaycanda demokratiya yoxdur deyə, sülh müqaviləsindən qaçmaq istəyirlər, üstəlik, bütün Qərb ölkələrini Azərbaycana qarşı qoyurlar. Bizə elə gəlir ki, parlamentin buraxılması  bununla bağlıdır. Azərbaycan Prezidenti üçün yeni növbədənkənar seçkilərin Azərbaycanı gözləyən böyük dünya əhəmiyyətli tədbir olan “COP-29”  ərəfəsində keçirilməsinin məqsədi hər şeydən əvvəl bütün dünyaya Azərbaycanda seçkilərin demokratik prinsiplər əsasında  keçiriləcəyini  göstərmək və ermənilərin ağzını yummaqdır.  Odur ki,  növbəti parlament seçkilərindən çox şey gözləmək olar. Hər şeydən əvvəl demokratik prinsiplərə riayət etməklə keçirilməsini… ”, - deyə  davamında analitik vurğulayıb. 
 
Sultan Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
29
moderator.az

10Mənbələr