Olaylar xəbər verir ki, bu barədə Ermənistan KİV diplomatik mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, görüş Ermənistan-Türkiyə sərhədində, ehtimalla "Marqara" nəzarət buraxılış məntəqəsi yaxınlığında keçiriləcək.
Qeyd edək ki, iyunun 11-də Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan bildirib ki, Türkiyə ilə uzun müddətdir ki, rəsmi görüş olmayıb, lakin yeni görüşün keçiriləcəyi barədə razılaşma var.
Onun sözlərinə görə, Ermənistan-Türkiyə sərhədindəki Marqara körpüsü artıq təmir olunub və hazırdır.
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi isə Sərdar Kılıçdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31