AZ

Türkiyə və Ermənistan nümayəndələri sabah sərhəddə görüşəcək

Bakı. TurkicWorld :

Türkiyə və Ermənistan nümayəndələri iyulun 2-də sərhəddə görüşəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistan KİV diplomatik mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, görüş Ermənistan-Türkiyə sərhədində, ehtimalla "Marqara" nəzarət buraxılış məntəqəsi yaxınlığında keçiriləcək.

Qeyd edək ki, iyunun 11-də Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan bildirib ki, Türkiyə ilə uzun müddətdir ki, rəsmi görüş olmayıb, lakin yeni görüşün keçiriləcəyi barədə razılaşma var.

Onun sözlərinə görə, Ermənistan-Türkiyə sərhədindəki Marqara körpüsü artıq təmir olunub və hazırdır.

Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi isə Sərdar Kılıçdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
4
turkic.world

5Mənbələr