İspaniya NATO-nun Rusiyaya qarşı strategiyasının bir hissəsi olaraq Slovakiyaya 780-dən çox əsgər göndərib, ABC yazır.
Nəşrin məlumatına görə, Şimali Atlantika Alyansının Rusiyaya qarşı səyləri ilə yanaşı, İspaniyanın NATO-nun şərq cinahında hərbi mövcudluğu artıb.
“Son addım Slovakiyada 780-dən çox əsgərdən ibarət kontingentin yerləşdirilməsi idi”, – nəşr yazır.
Bu addımlar Rusiyaya gücünü göstərmək və onu blok ölkələrinə “hücum” planlarından yayındırmaq məqsədi daşıyır, ABC qeyd edib.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans nüvə doktrinasına yenidən baxmağa ehtiyac görmür.
DOĞRU.AZ