AZ

İspaniya NATO-nun Rusiyaya qarşı səyləri çərçivəsində Slovakiyaya hərbçi göndərir

İspaniya NATO-nun Rusiyaya qarşı strategiyasının bir hissəsi olaraq Slovakiyaya 780-dən çox əsgər göndərib, ABC yazır.

Nəşrin məlumatına görə, Şimali Atlantika Alyansının Rusiyaya qarşı səyləri ilə yanaşı, İspaniyanın NATO-nun şərq cinahında hərbi mövcudluğu artıb.

“Son addım Slovakiyada 780-dən çox əsgərdən ibarət kontingentin yerləşdirilməsi idi”, – nəşr yazır.

Bu addımlar Rusiyaya gücünü göstərmək və onu blok ölkələrinə “hücum” planlarından yayındırmaq məqsədi daşıyır, ABC qeyd edib.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans nüvə doktrinasına yenidən baxmağa ehtiyac görmür.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
dogru.az

1Mənbələr