EN

Keniyada etirazlarda 19 nəfər həlak olub


Keniyada baş verən etirazlar zamanı 19 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Keniya prezidenti Uilyam Ruto “Citizen” telekanalında məlumat verib.
Onun sözlərinə görə, şəhər infrastrukturuna dəyən ziyan 18,5 milyon dollar təşkil edib.
“Təhlükəsizlik orqanlarından mənə verilən məlumata görə, etirazlarda 19 nəfər həlak olub. Əmlaka dəyən ziyan 2,4 milyard şillinq (təqribən 18,5 milyon dollar) təşkil edib. O cümlədən, Ali Məhkəmə, Meriya və Parlament binaları yandırılıb”, - deyə o, bildirib.
Prezident həmçinin əlavə edib ki, qanunu və asayişi pozan bütün şəxslər saxlanılaraq cəzalandırılacaq.
Qeyd edək ki, Nayrobidə vəziyyət iyunun 25-də gərginləşib. Səhər saatlarından insanlar prezidentin istefasını tələb edən şüarlar səsləndirərək, şəhərin mərkəzinə gəlməyə başlayıblar.
Paytaxtın bu ərazisində binası etirazçılar tərəfindən dağıdılan parlament də daxil olmaqla inzibati idarələr yerləşir. Keniya mətbuatının məlumatına görə, polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Daha sonra prezident hərbçilərin şəhəri və şəhər infrastrukturunu qorumaq üçün göndərilməsini əmr edib.
Parlament iyulun 23-dək fasilə verib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
12
yeniavaz.com

10Sources