EN

Fransada parlament seçkilərində rekord göstərici qeydə alınıb

Fransada keçirilən növbədənkənar parlament seçkilərində rekord sayda seçici iştirak edib.

Oxu24.com xəbər verir ki,Respublikanın Daxili İşlər Nazirliyi müvafiq məlumatları təqdim edib.

O cümlədən, yerli vaxtla saat 17:00-a olan məlumata görə, seçici fəallığı 59,39% təşkil edib.

Bu, 2022-ci ildə keçirilən əvvəlki parlament seçkiləri ilə müqayisədə 20% çoxdur.

Marin Le Pen və Cordan Bardellanın Milli Ralli partiyası favorit hesab olunur.

Xatırladaq ki, bazar günü, iyunun 30-da Fransada parlamentin aşağı palatasına növbədənkənar seçkilər başlayıb. Bu, ölkə üçün tarixi bir an ola bilər. Səsvermə iki mərhələdə keçiriləcək. İkinci tur iyulun 7-nə təyin edilib.

İyunun 9-da Makron Milli Assambleyanın buraxıldığını elan edib və növbədənkənar seçkilərin tarixlərini təyin edib. Belə ki, Fransa lideri Avropa Parlamentinə seçkilərdə İntibah Partiyasının məğlubiyyətini etiraf edib. Bu fraksiya cəmi 15,4% səs toplayıb. Qeyd edək ki, Marin Le Penin Milli Ralli partiyası qələbəni qeyd edib. Bu vəziyyət Fransa hakimiyyəti üçün əsl şok oldu.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
43
oxu24.com

10Sources