AZ

Dünya mediası Fransada parlament seçkiləri haqqında: ifrat sağçılar hakimiyyətə gəlir

Dünya

Bakı, 1 iyul, AZƏRTAC

Fransada iyunun 30-da keçirilən parlament seçkilərinin birinci turunda Marin Le Penin sağçı populist “Milli birlik” partiyası qələbə qazanıb.

AZƏRTAC xəbər verir ki, Le Penin partiyasının qələbəsi və seçkilərin ilk turunun yekunları beynəlxalq medianın diqqət mərkəzindədir.

Gözlənilməz dərəcədə yüksək seçici fəallığı şəraitində keçirilən səsvermə zamanı “Milli birlik” koalisiyası səslərin 35,15 faizini, solçu Yeni Xalq Cəbhəsi alyansı 28 faizini, Prezident Emmanuel Makronun “Birgə Respublika Naminə” mərkəzçi bloku isə 20 faizdən bir qədər çoxunu toplayıb. Bu barədə dünya mediası Fransa Daxili İşlər Nazirliyinə istinadla xəbərlər dərc edib.

İyunun 30-da qanunverici orqana keçirilən seçkilərinin birinci turunda ifrat sağçıların növbəti sarsıdıcı məğlubiyyətindən sonra Fransa Prezidenti Emmanuel Makronun mərkəzçi partiyasının gələcəyi təhlükə altındadır, bəzi ekspertlər hətta onun mövcudluğunu da şübhə altına alır.

Proqnozlara görə, iyulun 7-nə təyin edilmiş seçkilərin ikinci turunun nəticələri göstərir ki, sağçı populistlər Milli Assambleyada nisbi, hətta mütləq çoxluq əldə edə bilərlər. Bununla belə, DW yazır ki, “Emmanuel Makronun başlatdığı macəradan sonra ikinci turun nəticələrinə əminliklə yanaşmaq olmaz”.

Milli Assambleyada 577 deputat yerinin bölüşdürülməsi, məsələn, “Milli birlik” partiyasının namizədinin qalib gəlməsinin qarşısını almaq üçün səsvermənin ikinci turunda bir çox namizədin geri addım atmasından asılı olacaq.

“Ipsos”un proqnozlarına görə, “Milli birlik” partiyasının parlamentdə mütləq əksəriyyət əldə etməsinə cəmi bir neçə mandat çatmaya bilər. Lakin nisbi çoxluğa baxmayaraq, Marin Le Pen və Cordan Bardellin partiyası yeni hökumətin formalaşdırılmasına əsas iddiaçı olaraq qalır.

Bir çox nəşrlər xüsusilə qeyd edir ki, birinci turda seçici fəallığı 60 faizi ötüb və bu, son onilliklərin ən yüksək göstəricisidir.

Bazar ertəsi, iyulun 1-də Fransa Prezidenti gələcək fəaliyyət planını hazırlamaq üçün hökumət iclasını çağırmağı planlaşdırır. Bu barədə məlumatlı mənbələr “France Press” agentliyinə bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
43
azertag.az

10Mənbələr