Meşə yanğınları qardaş ölkənin 3 vilayətini bürüyüb.
Musavat.com TRT-yə istinadla xəbər verir ki, İzmir, Çanaqqala və Aydın vilayətlərindəki meşə massivləri yanır.
Yanğınsöndürmə işlərinə hərbi aviasiya da cəlb edilib.
Səlcuqla Kuşadası (İzmir) kurortu arasındakı avtomobil yolu da bağlanıb.
Musavat.com