AZ

Turist məsuliyyətsizliyi: Nəhəng meşə sahəsi yandı- VİDEO

Qara dəniz sahilindəki İnal körfəzində yerləşən meşə turistlərin günahı ucbatından külə dönüb.

News365.az xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.

Telegram kanalının məlumatına görə, iyulun 7-də istirahət edən turistlər havaya siqnal məşəlləri atıblar. Onlardan biri meşəyə doğru uçub, ikisi isə dənizə düşüb. Bundan sonra Krasnodar diyarının Tuapse rayonunda başlayan yanğın 1,2 hektar ərazini əhatə edib.

Qeyd edilir ki, yanğının söndürülməsinə onlarla insan cəlb olunub və 12 texnika, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin işçiləri və maşınları yardım ediblər. Rayon rəhbəri Sergey Boyko qeyd edib ki, yanğın səbəbindən yaxınlıqdakı istirahət mərkəzlərində olanlar təxliyə ediliblər.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
2
news365.az

10Mənbələr