İyunun 29-da saat 20 radələrində Qax rayonu ərazisində “Ford” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “VAZ”ın sürücüsü , 35 yaşlı Həbib Qurbanov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər - 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və 1989-cu il təvəllüdlü Aygün Qurbanova aldıqları xəsarətlərdən vəfat ediblər. Həmçinin, digər avtomobilin sürücüsü Fərid Abdullayev və hər iki nəqliyyat vasitəsində olan 6 sərnişin xəsarət alıb.
Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Faktla bağlı cinayət işi başlanılıb.