AZ

Qaxda ağır QƏZA: Ölənlər var

Qax rayonunda üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" və VAZ-21015 markalı avtomobilin toqquşması nəticəsində VAZ-21015-də olan sürücü və sərnişin hadisə yerində ölüblər. VAZ-21015-də olan digər sərnişin xəstəxanada dünyasını dəyişib.

Qəza zamanı bir neçə nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
14
demokrat.az

10Mənbələr