EN

Qaxda ağır yol qəzası baş verib,ölənlər var

Qaxda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo”nun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində olub.

Hərəkətdə olan "Ford” və "VAZ-21015” markalı avtomobilin toqquşması nəticəsində "VAZ-21015”də olan sürücü və sərnişinlər hadisə yerində ölüb.

Qəza zamanı xəsarət alanlar Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Chosen
106
2
anews.az

10Sources