Bakı. Trend:
Parlament seçkilərində müşahidəçilərə lazımi şəraityaradılacaq.
Trend-in xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK)bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, geniş çeşiddə müşahidə missiyasının Azərbaycandafəaliyyət göstərməsi təmin ediləcək.
“Yerli müşahiəçilər də MSK-ya müraciət edə bilərlər. O ki qaldıhər hansı konkret dairənin hüdudlarına, seçkini müşahidə etmək üçünhəmin dairənin özünə müraciət etməlidirlər. Kim müraciət edirsə,hamısına şərait yaratmağı biz dairə seçki komissiyasınatapşırırıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış AzərbaycanRespublikası Milli Məclisinin buraxılması və AzərbaycanRespublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyinedilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənarseçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.