AZ

Parlament seçkilərində müşahidəçilərə lazımi şərait yaradılacaq - Məzahir Pənahov

Parlament seçkilərində müşahidəçilərə lazımi şərait yaradılacaq.

Trend-in xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, geniş çeşiddə müşahidə missiyasının Azərbaycanda fəaliyyət göstərməsi təmin ediləcək.

"Yerli müşahiəçilər də MSK-ya müraciət edə bilərlər. O ki qaldı hər hansı konkret dairənin hüdudlarına, seçkini müşahidə etmək üçün həmin dairənin özünə müraciət etməlidirlər. Kim müraciət edirsə, hamısına şərait yaratmağı biz dairə seçki komissiyasına tapşırırıq", - deyə o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
day.az

2Mənbələr