EN

Mirzoyan Estoniyada Azərbaycana böhtan atır, cavabını Tiflisdən aldı...

Image

Afsəddin Nəbiyev: “Erməni nazir Azərbaycana böhtan atır, guya onlar sülhə hazırdı, qarşı tərəf bu prosesi ləngidir”

Azərbaycanla sülh müqaviləsi layihəsinin mətni, demək olar ki, yekunlaşıb. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Biz bu məsələ ilə bağlı Azərbaycanla danışıqlara cəlb olunmuşduq və Ermənistan bir ay ərzində mətni tamamilə yekunlaşdırmağa və Azərbaycanla sülh müqaviləsini bağlamağa hazırdır”- deyə o, Tallində Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə birgə mətbuat konfransında bildirib. Mirzoyan qeyd edib ki, “azərbaycanlı həmkarları tərəfindən Ermənistanın sülh müqaviləsini bir ay ərzində imzalamaq təklifinə müsbət reaksiya” görmür.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Tbilisidə gürcü həmkarı İlya Darçiaşvili ilə görüşdən sonra keçirilən brifinqdə deyib ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycana ərazi iddiası ilə bağlı bənd var. Bu da sülh üçün ən böyük əngəllərdən biridir. Biz bu istiqamətdə Ermənistandan adekvat addımlar atmağı gözləyirik.

Görünən odur ki, Mirzoyan Azərbaycana böhtan atır. Azərbaycan deyir Ermənistan Konstitusiyasından ərazi iddiası maddəsi götürülməlidir. O zaman Mirzoyanın  “azərbaycanlı həmkarları tərəfindən Ermənistanın sülh müqaviləsini bir ay ərzində imzalamaq təklifinə müsbət reaksiya görmür” deməsi nə deməkdir?

“Erməni siyasətçiləri ölkəmizə qarşı böhtanlara son qoyub öz konstitusiyalarında nə qədər tez dəyişiklik etsələr...” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Mirzoyan bununla beynəlxalq ictimai rəyi çaşdırmağa çalışır: “Ermənistan xarici işlər naziri Ararat Mirzoyan konstitusiya dəyişikliyini pərdələyərək, bu addımlarla özlərini beynəlxalq ictimaiyyətə "sülh göyərçini" cildində təqdim etməyə  çalışır. Azərbaycanın sülh layihəsi təkcə bu gün üçün deyil, Cənubi Qafqazın gələcəkdə təhlükəsizliyinin təmin olunmasına etibarlı qarantiyadır. Ermənistan konstitusiyasında əks olunan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı bəndi çıxarmadan hər hansı sülhdən danışmaq mümkün deyil. Mirzoyan Azərbaycana böhtan atır, guya onlar sülhə hazırdı, amma qarşı tərəf bu prosesi ləngidir. İndi biz neynəyək, yüzillərlə davam edən münaqişənin qalıqlarını çözmək fürsəti varkən gələcək nəsillərimizin öhdəsinəmi buraxaq? Xeyr. Azərbaycan dövləti bu məsələdə çox doğru siyasət aparır. Bizim gələcək nəsillərimizə, istər azərbaycanlılar, istərsə də ermənilər olsun, hər zaman alovlana biləcək münaqişələr, problemlər qoymaq niyyətimiz yoxdur. Belə münaqişələr sözün bütün mənalarında bölgənin inkişafına, dirçəlişinə əngəl yaradır. Ermənlilər birdəfəlik anlamalıdılar ki, bu məsələ daha çox onlara fayda gətirəcək. Son 36 ildə xalqımız çox böyük çətinliklər, böyük ağrı-acılar gördü, bütün bunlar hər birimizin gözləri qarşısında baş verib. Ermənilər bizə böhtan atmaqdansa, beynəlxalq hüquqa  nəzər yetrsələr onlar üçün də faydalı olar. Kifayət qədər nümunələr çəkmək olar ki, dünya olkələrinin bir çoxunda bu məzmunda konstitusiya dəyişiklikləri baş verib. Belə bir nümunə müasir dövrümzə təsadüf edir. 1998-ci il noyabrın 19-da Böyük Britaniya parlamenti Şimali İrlandiya aktını qəbul etdi. Həmin qanuna əsasən, 1920-ci il İrlandiya hökuməti haqqında və 1973-cü il Şimali İrlandiya Konstitusiyası haqqında qanunlar ləğv olundu və Britaniya ilə İrlandiya respublikaları arasında 1998-ci il aprelin 10-da əldə edilmiş "Belfast Razılaşması"na əsasən yeni qaydalar müəyyənləşdi. Şimali İrlandiyanın Konstitusiyasından 2-ci və 3-cü maddələr çıxarıldı. İrlandiya Respublikasının Konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılması təsbit olundu. "Belfast Sazişi" ilə iğtişaşlara və terrora son qoyuldu. Erməni siyasətçiləri Azərbaycana qarşı böhtanlara son qoyub öz konstitusiyalarında nə qədər tez dəyişiklik etsələr, Cənubi Qafqazda nəhayət davamlı sülhə nail olarıq”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
45
baki-xeber.com

10Sources