AZ

Ararat Mirzoyandan Azərbaycana İFTİRA

“Bakı sülh sazişinin bağlanmasına süni maneələr yaradır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu bəyanat Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Tiflisdə səslənib.

Erməni nazir Azərbaycanla münasibətlərin normallaşdırılmasında göstərdiyi köməyə görə Gürcüstan tərəfinə təşəkkür edib. Mirzoyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması və davam etdirilməsinin vacibliyini qeyd edərək, bunun Almatı Bəyannaməsi əsasında getdiyini aydınlaşdırıb.

“Biz prosesin davam etdirilməsinə böyük əhəmiyyət veririk. Eyni zamanda, sülh sazişinə hazırlıq gedir. Mən özüm də dedim ki, bir ay ərzində intensiv işləməklə hazırlığı başa çatdırmaq və Azərbaycanla sülh sazişini, bu çox mühüm sənədi imzalamaq olar. Təklifin müsbət cavablandırıldığını deyə bilmərəm, əksinə, biz prosesin ləngiməsinə yeni, süni maneələr görürük” - deyə Mirzoyan söyləyib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
45
musavat.com

10Mənbələr