AZ

Ararat Mirzoyandan Türkiyə AÇIQLAMASI - HAZIRIQ!

“Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tiflisdə gürcüstanlı həmkarı ilə birgə mətbuat konfransında deyib.

“Biz Türkiyə ilə münasibətləri tamamilə normallaşdırmağa, əlaqələr qurmağa, sərhədi açmağa və bunun fonunda artıq əldə edilmiş razılaşmaları həyata keçirməyə hazırıq”, - deyə Mirzoyan qeyd edib.

Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə sağlam dialoqa malikdir.

“Əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vaxtı çoxdan çatıb”, - deyə erməni nazir təkrar edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
45
musavat.com

10Mənbələr