EN

“Araz Naxçıvan”ın futbolçusu “Kəpəz”ə KEÇDİ

"Kəpəz" sabiq futbolçusunu geri qaytarıb. 

Bizim.Media xəbər verir ki, Gəncə klubu Nicat Süleymanovla anlaşıb. 

Adil Şükürov onu sərəncamında görmək istəyib. Artıq tərəflər arasında razılıq əldə edilib. 

Qeyd edək ki, Süleymanov ötən mövsümü “Araz-Naxçıvan”da keçirib. 1998-ci il təvəllüdlü futbolçunun Naxçıvan klubu ilə müqaviləsi bu ayın sonunda başa çatacaq. “Bakı”nın yetirməsi olan futbolçu “Qarabağ”, “Zirə”, “Turan Tovuz” və “Kəpəz”də də çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
65
27
bizim.media

10Sources