AZ

Bu klub Mahir Emreliyə 1 milyon təklif edir

Futbol üzrə milli komandamızın forvardı Mahir Emrelinin “Dinamo” Zaqrebi tərk edəcəyi barədə xəbər vermişdik. 

Bizim.Media xəbər verir ki, futbolçuya Əlcəzairdən maraqlı təklif gəlib.

Adı çəkilən ölkənin “Beluizdad” klubu futbolçumuzu transfer etmək istəyir.

Onlar Mahirə 2 illik müqavilə (ilinə 500 min dollar) təklif ediblər. Mahir karyerası ilə bağlı yekun qərarı yaxın günlərdə verməlidir. Onun “Qarabağ”a qayıtmaq variantı da var.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
121
27
bizim.media

10Mənbələr